Fevral ayının 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində özünütəhlil hesabatı barədə növbəti seminar keçiriib. Seminarda Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları, layihə üzrə Finlandiyadan və Estoniyada gəlmiş ali təhsil ekspertləri iştirak ediblər. Seminarda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Seminarda ekspertlər layihə çərçivəsində universitetdə aparacaqları növbəti işin planını təqdim ediblər. Plana əsasən 11-13 apreldə Özünütəhlil hesabatı üzrə Qiymətləndirmə Qrupu fəaliyyətə başlayacaq. Qeyd edək ki, keyfiyyətin təminatına dəstək verən Özünütəhlil hesabatı üzrə Qiymətləndirmə Qrupuna yerli və xarici ekspertlər daxil olmaqla, 8 nəfər üzv daxil edilmişdir. Qrup bu müddət ərzində universitetdə bütün struktur vahidləri arasında müsahibələr aparacaq və rəy hazırlayacaqdır. Seminarda işin təşkilinin etik davranış kodeksinə əsasən tərtib ediləcəyi bildirilib. Qiymətləndirmə Qrupu üzrə layihənin işinin universitet daxilində layihə koordinatoru və əlaqədar şəxs tərəfindən təşkili tövsiyə olunub. Seminarda səmərəli müzakirələr aparılıb, gələcək perspektivlər müəyyən edilib.
Rektor Cəfər Cəfərov seminarda çıxış edərək layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə və təhsil ekspertlərinə təşəkkür edib və layihənin ADPU-da tədris prosesinə səmərəli təsir edəcəyini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi