Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən xüsusi check-up müayinəsində 18 yaşadək ürək qüsuru olan uşaqlar iştirak edir.
Keçirilən kampaniya barədə klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev ATU-nun mətbuat xidmətinə məlumat verib.
Həkim deyib: “Tələbatın çox olması səbəbi ilə kampaniya bayram günlərində də davam edəcək. Bizim əsas məqsədimiz valideynlər arasında maarifləndirmə aparmaq, uşağın ürəyinin müayinə olunmasının vacibliyini onlara çatdırmaqdır. Bu barədə ciddi təbliğat işləri aparılmalıdır. Uşaqlarda anadangəlmə ürək qüsurlarına çox rast gəlinir. Bir çox valideyn uşağın ürəyində problem ola biləcəyini ehtimal etmir. Bizim işimiz anadangəlmə qüsurları erkən yaşlarda aşkarlamaqdır. Anadangəlmə ürək xəstəliklərini ana bətnində də müalicə etmək mümkündür. Hamiləliyin 12-ci həftəsindən başlayaraq, fetal exokardioqrafiya vasitəsilə dölün ürəyində dəyişikliyin olub-olmadığı təyin edilir. Bu tam 100 faizlik diaqnostik üsul olmasa da, kobud qüsurları aşkar edib, müvafiq tədbirlər görməyə kömək edir. Ana bətnində olan körpələrdə müxtəlif növ qüsurlara rast gəlinir. Bunlar həm çox sadə, həm də çətin qüsurlardır. Bunların aradan qaldırılmasında zaman əsas faktordur. Bəzən elə xəstələr olur ki, hətta aylar böyük rol oynayır. Zamanında edilməyən və ya gecikmiş tibbi müdaxilə artıq gecikmiş patologiya hesab edilir”.
ATU-nun Mətbuat Xidməti