Yeniyetməlik çağlarımızda arası dəyən dostlarımız bir-birilərni ən çox bu sözlərlə qınayırdılar: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”.
Müəlliflik hüququ böyük Mövlanəyə aid olan bu fikri onlar öz valideynlərindən öyrənmişdilər. Sözsüz ki, valideynləri də bu sözləri atalarından əxz etmişdilər. Bu gün də sözlə əməl üst-üstə düşməyəndə insanlar bir-birilərini bu cür ittiham edirlər. Çünki keçmişdə olduğu kimi, indi də qeyri-səmimi insanlar var. Ən pisi isə odur ki, gələcək nəsillər də onlarla təmasdan sığortalanmayıb...
Yeddi-səkkiz il əvvəl, çap mətbuatı hələ ömrünün qürub çağını yaşamayanda dost-tanışdan tez-tez soruşurdum: niyə qəzet oxumursunuz?
Çox vaxt cavablar eyni olurdu: “Hansı qəzeti oxuyaq? Azərbaycanda səviyyəli qəzet yoxdur”.
Bu vaxt təklif edirdim ki, kitab oxusunlar: “Qəzetləri bəyənmirsinizsə, kitab oxuyun. Əsas odur ki, mütaliə edin, nəsə öyrənin”.
Yenə təslim olmurdular: “Bizimkilər nə bilir kitab yazmaq nədir? Oxumağa bircə yaxşı əsər də tapmırıq”.
Tanıyanlar xasiyyətimə bələddirlər, yekəxana adamların yaxasından asanlıqla əl çəkmirəm. Hücum etmək növbəsi mənə çatmışdı: “Bizimkilər zəif yazırsa, xariciləri oxuyun. Dostoyevski, Drayzer, Heminquey, Steynbek,Sartr ki zəif yazıçı deyil. Onların hansı əsərini oxumusunuz?”
Mənim də xasiyyətim belədir, qurbağanın gölünə daş atıb, onların əcaib qurultusunu kəsməsəm, bir yerdə rahatlıq tapa bilmirəm...
Dost saytlardan biri Azərbaycanın 2017-ci ildə xaricdən eşşək idxal etmədiyinə dair məlumat yayıb. Bu xəbər sosial şəbəkələrə yol tapan kimi mərəkə qopdu. Gənc bir xanım eynən belə yazıb: “Bizdə eşşək çoxdur”. Sonra isə fikrini bu cür əsaslandırıb: “Piyada keçidində dayanmış vətəndaşa yol verməyən sürücü əsl eşşəkdir”.
Cavan bir oğlan isə fikrini bu cür izhar edib: “Asqıranda əli ilə ağzını tutmayan eşşəklərlə metroda hər gün qarşılaşıram”.
Başqa bir sosial şəbəkə iştirakçısı isə daha da irəli gedərək, belə yazıb: “Lazım gəlsə, biz xaricə eşşək satarıq. Avtobusa minəndə bir-birinin ayağını tapdalayan, marketdə öz növbəsini gözləmədən alış-veriş edən, kinoteatrda qışqıra-qışqıra danışan, çəkdiyi siqaretin qutusunu səkiyə atan, küçəyə tüpürən adamların uzunqulaqdan heç bir fərqi yoxdur”.
Bəli, küçəyə tüpürmək mədəniyyətsizlikdir. Aydın məsələdir ki, tərbiyəli insan ictimaiyyət arasında asqıranda dəsmalla ağzını tutmalıdır. Piyadalar üçün nəzərdə tutulmuş keçiddə gözləyən vətəndaşa yol verməmək heyvərəlikdir. Avtobusa minəndə başqa sərnişinlərin ayağını tapdalamaq, marketdə növbəsiz alış-veriş etmək isə qanacaqsızlıqdır. Amma dərd burasındadır ki, bu cür nalayiq hərəkətlərə daha çox başqa vaxt camaata ağıl öyrəədn adamlar özləri yol verirlər. Əgər biz bu qədər mədəniyiksə, niyə küçələrimiz siqaret kötükləri ilə doludur? Əgər biz mərifət, ədəb-ərkan sahibiyiksə, niyə avtobusa minəndə bir-birimizin belinə minirik? Əgər hamımız intilgentiksə, mərmər döşəməyə dəvə kimi tüpürən adamlar kimlərdir? Heç kim inciməsin, sözdə hamımız mələk oluruq, amma işə gələndə qurduğumuz kələkdən fələk də baş açmır...
Seymur Verdizadə