20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilib.
Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, sənəddə ölkə səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi: "Çox təəssüf ki, bu hadisəyə uzun müddət qiymət verilmədi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı”.
20 yanvarın Azərbaycanın tarixinə qəhrəmanlıq tarixi kimi düşdüyünü deyən İ.Həbibbəyli qeyd edib ki, 20 yanvar hadisələri Azərbaycanın azadlıq hərəkatının geriyə dönməyən bir proses olduğunu təsdiqləyib.

Kəmalə Rəhimli