BDU-nun Hazırlıq şöbəsində tədris olunan “Nitqin elmi üslubu” fənninin başlıca məqsədi əcnəbi tələbələrdə ixtisasla əlaqədar nəzəri və praktik cəhətdən ilkin təsəvvürlər yaratmaq, onların nitqini inkişaf etdirmək, elmi dilin qanunauyğunluqlarının tələbələrin gələcək ixtisas profilinə uyğun materiallar əsasında öyrədilməsidir. Əcnəbi tələbələrin “Nitqin elmi üslubu” fənnindən keçdikləri mövzular əsasında təqdimatlar hazırlaması artıq bir ənənəyə çevrilib. Bu günlərdə “Hüquq” ixtisası üzrə hazırlıq kursu keçən türkiyəli tələbələr Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin rəhbərliyi ilə ixtisas mövzuları əsasında müxtəlif təqdimatlar hazırlayaraq öz biliklərini uğurla nümayiş etdiriblər.
Mətbuat və informasiya şöbəsi