50-ci uşaq üzərində Koxlear implantasiya əməliyyatı icra olundu

50-ci uşaq üzərində Koxlear implantasiya əməliyyatı icra olundu Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında koxlear implantasiya əməliyyatları uğurla davam edirilir. Bu gün həmin istiqamətdə 50-ci uşaq üzərində cərrahiyyə əməliyyatı icra olundu.Əməyi keçən hər kəsə təşəkkür edirik
Koxlear implantasiya əməliyyatı ağır dərəcəli eşitmə zəifliyi olan, eşitmə cihazı taxmasına baxmayaraq nitqi inkişaf etməyən uşaqlara icra olunan əməliyyatdır. Bu əməliyyatla implant cihazı daxili qulağa yerləşdirilir. Əməliyyatın məqsədi uşaqlarda nitqin inkişafı üçün yetərli dərəcədə eşitməni təmin etməkdir. Koxlear implantasiya erkən yaş dövründə icra olunan uşaqlarda nitqin inkişafı yaşıdaları kimi olur və bu, onları “eşitmə qüsurlu uşaq” statusundan qurtarır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında koxlear implantasiya əməliyyatları sıxlıqla ardıcıl intensivliklə olunur. Əməliyyatdan sonra lazım olan reabilitasiya seansları keçirilir. Əməliyyatı tibb üzrə fəlsəfə doktoru Yusif Hacıyev uğurla icra edir. Əməliyyatdan sonrakı reabilitasiya məsələləri bu sahədə təkmilləşmiş təhsil almış mütəxəssis - t.ü.f.d. Afaq Abbasova tərəfindən həyata keçirilir.
Uşaqlara lazım olan və yaxından yardım edən tibb heyətinin müdaxiləsi öz bəhrəsini verir. Artıq əməlyyat olunan uşaqların danışığını eşitmək və bu ailələrin sevinci tibb heyəti üzüvlərinin ən dəyərli mükafatlarıdır.

ATU-nun Mətbuat Xidməti


50-ci uşaq üzərində Koxlear implantasiya əməliyyatı icra olundu50-ci uşaq üzərində Koxlear implantasiya əməliyyatı icra olundu

Oxşar xəbərlər