Son 5 ilə qədər ölkədə nazir postundan gedənlər mətbuat səhifələrində “ədəb-ərkanla” yola salınırdı. Həmçinin vəzifədən uzaqlaşdırılan nazirlərin digər sahələrdə rəhbər təyin olunması əks olunurdu.
Sabiq məmurlar olan sabiq maliyyə naziri Əvəz Ələkbərov və sabiq təhsil naziri Misir Mərdanov, eks rabitə naziri Əli Abbasov nazir postundan uzaqlaşdırılsalar da, təhsil sahəsində müəyyən vəzifə tutublar.
Maraqlıdır ki, bu cür təyinatı ləğv edilmiş MTN naziri və barəsində qalmaqallı cinayət işləri başladılan Eldar Mahmudovla, ləğv edilmiş sabiq nəqliyyat naziri Ziya Məmmədovla və sabiq vergilər naziri Fazil Məmmədovla bağlı görmədik. Səbəblər isə ortadadır.Görünür, talançılıq və rüşvətxorluq əməllərinin mövcudluğu barədə iddialar etibar məsələsini sıfıra endirib.
Digər bir məqam isə son illərdə nazir postundan gedənləri səfir postunda görə bilməməyimizlə bağlıdır. Halbuki, bir vaxta qədər nazir kreslosundan geri alınanlar qısa zaman kəsiyində hansısa ölkəyə səfir göndərilirdi. Məsələn, bir neçəsinin adını çəkmək olar. Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, sabiq xarici işlər naziri Vilayət Quliyevə səfir postu həvalə olunub. Sonuncu hazırda Macarıstanda səfir kimi çalışır.
Bütün bunları nəzərə alaraq ortaya belə suallar çıxır. Vəzifədən gedənlər niyə zamanında tənqid oluna bilmir?
10 ya da 15 il bir postda qərarlaşan şəxslər vəzifəni itirəndən sonra yenidən “ştata” alınmalıdırmı?
Sabiq nazirlərimizin səfir olma şansı niyə yoxdur?
“Vəzifədə olanda hamı susur”
“Qafqazinfo” xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında deyib ki, bu məsələlərdə bəzi məqamlar var.
“Uzun müddət bir məmurun eyni işdə çalışması və yüksək idarəçilik qabiliyyətinin olması heç də bütün hallarda yüksək keyfiyyət demək deyil. Bir qayda olaraq məmur nə qədər ki vəzifədədir, heç kəs cəsarət edib hansısa sahədə yol verdiyi nöqsanlar barədə fikir bildirmək istəmir. Əksi baş verəndə isə həmin şəxslər məmur tərəfindən ya cəzalandırılır, ya da müxtəlif formada şirnikləndirici vasitələrlə ələ alınır. Bəzi hallarda isə bəzi məmurlar bilərəkdən və qərəzli olaraq məlumatlar yaymaqda maraqlıdırlar.
Zamanında haqlı olaraq işdən çıxartdığı və ya düşmənçilik etdiyi insanlar həmin məmur vəzifədən çıxarılandan sonra haqqında həbs xəbəri yazmağa, ya da yazdırmağa başlayırlar. Hesab edirəm ki, bu, bütövlükdə idarəetmə sisteminə qarşı haldır”.
Qüsursuz məmur varmı?!
Hüquqşünas deyir ki, ancaq qüsurlardan danışmaq da doğru deyil.
“Əgər bu şəxs uzun müddət çalışıbsa, deməli onun bir faydası mütləq olub. Məmur işdən çıxarılandan sonra onun prinsipial mövqeyinə görə da əks mövqe olur. Heç də məmur işdən çıxandan sonra onun fəaliyyəti ancaq qüsurlarla bağlı müzakirəyə çıxarılmamalıdır. Sadəcə cəmiyyətdə belə fikir formalaşıb ki, bir məmur uzunmüddətli vəzifədə qalmalıdır. Əks halda, vəzifədən uzaqlaşdırılarkən dərhal işində qüsurların olduğu aşkarlanmalıdır. Demirəm ki, işində qüsur olmayan məmur ola bilməz. Bu da ola bilər. Heç də bütün hallarda bu cür qiymətləndirmə doğru deyil.
Bir insanın uzun müddət hansısa vəzifədə qalmasının nəticəsi olaraq tükənmə, yorulma baş verə bilər. Bu zaman bəzilərinin fəaliyyətinə obyektiv yanaşma olmur. Ona görə də bir çox xarici ölkələrdə bir şəxs özəl sektordan dövlət sektoruna, ya da əksi baş verir. Bu yerdəyişmələr həm də yeni imkanlar, yeni bilik və bacarıqlar yaradır. Bütləşmənin qarşısını alır”.
Əgər məmur vəzifədən gedibsə, deməli....
Ə. Nuriyevin sözlərinə görə, işdən çıxarılan məmur barəsində ancaq neqativə köklənilir.
“Təəssüf ki, Azərbaycanda ancaq neqativ fikirlər səslənir. Əgər bir şəxs işdən azad olunubsa, deməli həmin məmura etimad yoxdur, korrupsionerdir, cinayət törətmiş şəxsdir. Hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil. Düşünürəm ki, sistemin özündə, idarəetmədə yeni yanaşmalar tətbiq olunmalıdır.
Müxtəlif sahələrdə dəyişmələr gedir. Bu dəyişmələrə hazır olmaq lazımdır. Bu dəyişmələrlə bağlı dövlət institutlarının, məmurların yanında hansısa müşavirələr keçirilməli, köməkçilik sisteminə diqqət yetirilməlidir. Bir çox hallarda hər birimiz hansısa sahədən çox böyük təcrübə ilə ayrılırıq. Eyni zamanda, dövlətə də daha çox fayda vermək olar”.
Gənc nazirlər, yoxsa, itirilən varislik?!
Bütün nazirliklərin gəncləşməsinə gəlincə, hüquqşünas heç də bunu doğru hesab etmədiyini bildirib.
“Bəzi hallarda məmurlarla bağlı danışanda gəncləşmənin aparılmasını qeyd edirlər. Hər bir sistemin gəncləşməsini alqışlayıram. . Amma kütləvi gəncləşmə baş verəndə nəsillər və idarəetmə arasında varislik itir. Bu varisliyi qoruyub saxlamaq çox vacib məsələdir. Ölkəmiz yeni müstəqillik qazanıb. Bu dövlətdə ənənələrin yaranması vacib faktordur. Təəssüf ki, biz ənənə yarada bilmirik. Dövlətçilik ənənələrini yaratmaq üçün böyük təcrübəyə malik olan məmurların yaxşı mənada təcrübəsindən istifadə etmək lazımdır. O məmurlar ki, korrupsiyaya bulaşıb və onların yenilik tətbiq etmək imkanı yoxdur, onları bu işlərə cəlb etməyə dəyməz. Amma böyük təcrübəyə malik olan yaxşı insanları sistemdən uzaqlaşdırmaq olmaz. Çünki ənənələrin itməsi nəticəsində cəmiyyət böyük fəlakət yaşaya bilər. İdarəetmədə bizim çox yaxşı kadrlarımız olub. Ona görə də hər işdən çıxarılanı aşırı dərəcədə ləkələməklə heç kimə fayda gəlməz”.
Səfir ola bilməyən Ziya Məmmədov, Əli Abbasov....
“Vəzifədən gedənləri səfir kimi niyə görə bilmirik” sualına Əlməmməd Nuriyev belə cavab verib.
“Vəzifədən çıxarılan nazir səfir kimi də çalışa bilər. Son illərdə nazir postundan gedənləri səfir kimi görmürük. Görünür, onların işlərində yol verdiyi nöqsanların olması bu işdə rol oynayır. İşdən çıxarılan məmurların bəziləri haqqında qərəzli yazılar yazılır. Bəziləri isə həqiqətən də işində nöqsanlara yol verib. Amma işdən çıxarılanların adlarını kütləvi şəkildə hansısa mənfi işlərdə hallandırmaq doğru deyil. Yaxşı və təcrübəli işçilərin əməyindən yararlanmaq lazımdır. Həmçinin, bir şəxsin uzun müddət vəzifədə qalması da doğru deyil. Yorulur, əldən düşür”.
Tehsil-press.az