UNEC-in gənc müəllimləri Türkiyənin nüfuzlu universitetlərinə ezam ediliblər.
Səfərin məqsədi müəllimlərin elmi və pedaqoji potensialının yüksəldilməsi, müasir tələblərə cavab verən yeni təhsil standartları ilə tədrisin keyfiyyətinin artırılmasıdır.
Səfərdən öncə rektor, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. “UNEC-də həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətlərindən biri də dünyanın aparıcı universitetlərinin təcrübəsinin öyrənilməsi və tətbiqidir” deyə, bildirən rektor Türkiyənin Boğaziçi, İstanbul, Uludağ, Süleyman Dəmirəl, Sakarya və İstanbul Sabahattin Zaim universitetləri ilə təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisələri üçün faydalı olacağını qeyd edib.
Bir həftə davam edəcək səfərdə Türkiyə universitetlərinin tədris planları, sillabuslar, ixtisaslaşma təcrübəsi öyrəniləcək, UNEC-in müəllimlərinin türkiyəli həmkarları ilə birgə elmi məqalələr hazırlaması istiqamətində görüşlər keçiriləcək. Səfər çərçivəsində gənc müəllimlər ezam olunduqları universitetin və UNEC-in akademik heyətinin iştirakı ilə video konfranslar təşkil edəcək, Azərbaycan günləri keçirəcəklər.

UNEC-in Mətbuat Xidməti