Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palace”da təntənəli mərasim keçirilib. Mərasimdə, uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər mükafatlandırılıb.
Tədbirdə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupları tələbəsi Əzimzadə Təhminə 2017-ci ildə memarlıq sahəsi üzrə uğurlu fəaliyyətinə görə «ilin gənci» seçilib.
Mükafatı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri Fuad Muradov təltif edib.
Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaq məqsədilə istedadlı və yaradıcı gənclərə mükafatlar təqdim edilir. Mükafat elm, təhsil, mədəniyyət, incəsənət sahəsində və respublikanın ictimai həyatında uğur əldə etmiş gənclərə verilir. 1999-cu ildən etibarən təsis edilən ənənəvi mükafata bu günə qədər 500-dən çox gənc layiq görülmüşdür.

Hikmət Əliyev