BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə II Milli MUN – BMT Modeli üzrə Milli Konfrans keçirilib. Konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının 3 komitəsinin işi simulyasiya edilib. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 250 nəfər gəncin diplomat qismində iştirak etdiyi II Milli MUN konfransında “BMT Təhlükəsizlik Şurası – Myanmardakı vəziyyət”, “Dünya Bankı – Kriptoməzənnənin statusu: perspektivlər və risklər”, “Dünya Səhiyyə Təşkilatı – İqlim dəyişikliyinin insan sağlamlığına təsiri” adlı mövzular müzakirə edilib. Konfransın açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmizdə BMT modeli hərəkatı Prezident İlham Əliyevin 2014-cü il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşıb.
Konfransda Dünya Səhiyyə Təşkilatı komitəsində İqlim dəyişikliyinin insan sağlamlığına təsiri mövzusunda keçirilən müzakirələrdə BDU Hüquqşünaslıq ixtisasında təhsil alan II kurs SABAH qrupları tələbəsi Jalə Bayramova "Ən yaxşı nümayəndəlik" mükafatını alıb. Bu mükafat həmin nümayəndəliyin aktiv iştirakı, ictimai çıxışlar və 80 nəfərlik komitədə ingilis dilində qətnamə yazmaq və eyni şəkildə həmin şəxslərin bu qətnaməyə razılıq verməsini təmin etmək olub. Qətnamə 34 ölkə tərəfindən təsdiqlənib və mükafata layiq görülüb.
Rektor, akademik Abel Məhərrəmov BDU Hüquqşünaslıq ixtisasında təhsil alan II kurs SABAH qrupları tələbəsi Jalə Bayramovanı qəbul edərək təbrik edib, uğurlar arzulayıb.
Qeyd edək ki, BMT Modeli hərəkatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb.
Mətbuat və informasiya şöbəsi