2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub. "2017-ci ildə gənclər siyasəti sahəsində uğurlu fəaliyyətə görə 2 fevral - Azərbaycan gənclər günü münasibətilə" Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən bir qrup gənc də təltif olunub. Təltif olunanlar arasında Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, Tələbə Gənclər Təşkilatının sədri Ləman Qurbanova və həmin fakültənin tələbəsi Sabir Rüstəmov da var. Tələbələrimizi təbrik edirik.
Hüseyn Şərifov