Ermənistan prezidenti Serj Sarkisyan Milli Məclisin deputatlarına Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrə baş çəkməyi qadağan edib.
Baxmayaraq ki, Ermənistanda, eləcə də "DQR"də gizli qadağa haqda informasiyanı təkzib edirlər, erməni saytı dəqiqləşdirə bilib ki, Sarkisyan deputatların, həmçinin kiçik və orta təbəqə məmurlarının əsgərlərin olduğu mövqelərə qalxmalarına qadağa qoyulması barədə həqiqətən də göstəriş verib.
Ermənistan prezidentinin xoşuna gəlmir ki, xalqın xidmətçiləri hərbi qulluqçularla selfi çəkdirir və bu yolla özlərinə xal qazanırlar.
Bildirilir ki, iki ay əvvəl Sarkisyan öz partiyasının - Ermənistanı idarə edən Respublika partiyasının üzvləri ilə ciddi söhbət aparıb. O vaxtdan əsgərlərlə görüşmək və danışmaq şərəfinə yalnız prezident özü, həmçinin baş nazir və Milli Məclisin spikeri nail ola bilərlər.
Nazirlər və deputatlar isə hərbi hissələrdə yalnız o halda ola bilərlər ki, ən yüksək vəzifəli hansısa dövlət xadimini müşayiət edirlər.
Ermənistanda yeni il bayramında rəsmi şəxslərdən əsgərlərə heç kimin baş çəkməməsini və onlara heç bir sovqat aparılmamasını, hansı ki, deputatlar bunu bir növ ənənəyə çevirmişdilər, məhz bu qadağa ilə izah edirlər.
Bu baxımdan parlament üzvlərinin 2-4 fevralda Qarabağa səfərləri də istisna olmayıb. Belə ki, onlar yerli "parlament"ə baş çəkiblər, "prezident"lə və separatçı rejimin başqa nümayəndələri ilə görüşüblər, amma mövqelərə qalxmayıblar.
"Qarabağda əsgərin hesabına özünü reklam etmək qadağandır. Çünki belə səfərlər zamanı hətta orduda xidmət etməmiş adam da hərbi forma geyinir. Bu qadağa çox yüksək səviyyədə qəbul edilib və onun yerinə yetirilməməsi "ölümcül günahdır", - deyə "Qraparak" qəzeti yazıb.
"DQR"də isə bildiriblər ki, erməni KİV-də yazılanlar həqiqətə uyğun deyil. Ancaq bunu o qədər də inandırıcı şəkildə edə bilməyiblər. “DQR" rəhbərinin “mətbuat katibi" David Babayan deyib ki, erməni parlamentinin deputatlarına ön xəttə baş çəkmək qadağan edilməyib.
“Erməni deputatlarının Qarabağa səfərləri zamanı bir qayda olaraq, həmişə hərbi qulluqçularla görüşlər planlaşdırılır. Əsgərlərin döyüş ruhunu qaldırmaq, onların problemləri, döyüş növbəsinin icra edilməsi şərtləri ilə tanış olmaq çox önəmlidir", - deyə Babayan bildirib. Amma o izah etməyib ki, niyə son səfər zamanı deputatlardan heç kəs "əsgərlərin döyüş ruhunun qaldırılmasına" cəhd etməyib.
Tehsil-press.az