Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Xətdə" proqramı çərçivəsində "Gənclər xətdə" konfransı keçirilib.
Konfransın əvvəlində Gənclər Təşkilatları Milli Şurasının proqram meneceri Pərvin Qasımov təmsil etdiyi təşkilat haqqında məlumat verib, tədbirin tələbələr üçün əhəmiyyətindən danışıb.
Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə universitetdə bu cür layihələrin vaxtaşırı keçirilməsinin planlaşdırıldığını bildirən ADNSU-nun tələbə gənclər təşkilatının sədri Müqəddəs Əzizzadə tələbələri fəal olmağa səsləyib.
"Gənclər xətdə" proqramının rəhbəri Nülufər Həsənova layihə haqqında tələbələrə məlumat verib.
Konfransda rəqəmsal marketinq, sosial media, sosial media üzərindən online biznes qurmağın yolları haqqında bu sahədə peşəkar olan mütəxəssislər iştirak ediblər. “Magnito Digital Marketing” şirkətinin təsisçisi və direktoru Teymur Məmmədov “Rəqəmsal marketinq və gənclərin həyatına müasir dövrdə töhfələri”, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində könüllülərin kommunikasiyası və tədbirlərin təşkili üzrə mütəxəssis Şəfiqə Elşən “Media xətdə”, “Teamsah Agency”nin Rəqəmsal Marketinq departamentinin rəhbəri Ləman Ratiani “Cəmiyyət xətdə”, “Business Talk” və “Edek Xaricdə Təhsil Mərkəzi”nin təsisçisi və rəhbəri Əyyub Hüseynzadə “Təhsil və biznes xətdə” mövzusunda çıxış ediblər.
Layihənin məqsədi dövrümüzə online fəaliyyətlərin genişlənməsi istiqamətində gənclərə informasiyanın verilməsi, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.

Kəmalə Rəhimli