Dövlət Neft və Sənaye Universitetinin tələbələri “Schneider Electric” şirkətində işlə təmin olunacaqlar

Dövlət Neft və Sənaye Universitetinin tələbələri “Schneider Electric” şirkətində işlə təmin olunacaqlar Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

M.Babanlı qonaqlara universitet haqqında geniş məlumat verib, ali təhsil ocağında son vaxtlar həyata keçirilən uğurlu islahatlardan danışıb. Ötən il birinci ixtisas qrupunda ölkə üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərin 51 faizinin ADNSU-nu seçdiyini deyən rektor bunu universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirib. Magistratura pilləsində mindən çox tələbənin təhsil aldığını vurğulayan M.Babanlı diqqətə çatdırıb ki, cari ildə bu pillə üçün Təhsil Nazirliyinə 609 yer sifariş olunması planlaşdırılır. Universitetin hazırda qarşıya qoyduğu ən vacib vəzifələrdən biri tələbə və məzunların işlə təmin olunmasıdır. Bunun üçün müəyyən addımlar atıldığını bildirən rektor deyib ki, energetika fakültəsində tətbiq edilən gündəlik təcrübə proqramı çərçivəsində hazırda 144 tələbə ixtisasları üzrə müxtəlif müəssisələrdə təcrübə keçir. Əsas məqsədimiz tələbələrin təhsil aldıqları müddətdə öz ixtisaslarını həm nəzəri, həm də praktiki cəhətdən mənimsəmələri, məzunların isə işlə təmin olunmalarıdır.
“Schneider Electric” şirkətinin fəaliyyəti haqqında məlumat verən E.Tekdemir ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edilib ki, şirkətdə gənc kadrların hazırlığına xüsusi önəm verilir. ADNSU-da energetika fakültəsinin tələbələri ilə müsahibənin təşkilinin planlaşdırıldığını deyən E.Tekdemir vurğulayıb ki, onların arasında ən hazırlıqlı olanlar işlə təmin ediləcəklər.

ADNSU-nun Mətbuat Xidməti


Dövlət Neft və Sənaye Universitetinin tələbələri “Schneider Electric” şirkətində işlə təmin olunacaqlarDövlət Neft və Sənaye Universitetinin tələbələri “Schneider Electric” şirkətində işlə təmin olunacaqlar

Oxşar xəbərlər