Universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və sədr müavini Aysun Zeynalova Gənclər Təşkilatları Milli Şurası, onun missiyası, məqsədi və strategiyası haqqında məlumat veriblər. Onlar “Gənc Elçilər” proqramının əsas məqsədinin Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi olduğunu qeyd ediblər. Proqramın faydaları və meyarlarından danışan təlimçilər iştirak etmək istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.
ADU-nun Mətbuat Xidməti



