“Bir” Tələbə-Könüllü Proqramı – gənclər üçün yaradılan imkan

“Bir” Tələbə-Könüllü Proqramı – gənclər üçün yaradılan imkan Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələrinin iştirakı ilə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub.
Mərasimdə “Bir” Tələbə-Könüllü proqramının məqsədi, əhəmiyyəti və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gəncləri vətənpərvərliyə, eyni zamanda, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb, onlara tövsiyələrini verib.
Sonra tələbələr üçün əyləncəli viktorina keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını nəzərə alaraq, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılır.

ADNSU-nun Mətbuat xidməti


“Bir” Tələbə-Könüllü Proqramı – gənclər üçün yaradılan imkan

Oxşar xəbərlər