Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ Fotolar

Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ Fotolar Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub.
Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.
Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ FotolarSalyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ FotolarSalyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ Fotolar

Tehsil-press.az

Oxşar xəbərlər