Bakı Mühəndislik Universitetinin tələbələri Azərbaycanın gözəl güşələrindən biri olan Biləsuvar rayonunda olublar. “Qarabağ Tarix klubu” nun təşkil etdiyi gəzintinin məqsəd Milli qəhrəmanımız Mübariz İbrahimovun ailəsini və onun adına daşıyan liseyi ziyarət etmək idi.Tələbələr adı çəkilən liseyi və Mübariz İbrahimovun ailəsini ziyarət edib. İlk öncə Milli qəhrəmanımızın evini ziyarət edən tələbələr qəhrəmanın böyüyüb boya-başa çatdığı evi və şəxsi otağını ilə tanış olublar. Milli qəhrəmanın atası Ağakərim İbrahimov tələbələrimizə qəhrəmanımızın həyat və fəaliyyəti haqqında geniş məlumat verib.Daha sonra tələbələr Biləsuvar rayonu Mübariz İbrahimov adına liseyi ziyarət ediblər. Liseyin müəllim və şagirdləri ilə görüşən BMU-nun tələbələri dərslərdə iştirak etmiş və dərslərin tədrisi, maddi texniki bazası ilə yaxından tanış olublar.
BMU-nun Mətbuat Xidməti