ATƏT missiyası: "Bizim məqsədimiz Azərbaycanda prezident seçkilərinə müdaxilə etmək deyil" (YENİLƏNİB)

ATƏT missiyası: ATƏT-in müşahidəçilər qrupunun Azərbaycanda olmasının əsas səbəbi seçkilərə müdaxilə etmək yox, prezident seçkilərinin obyektiv qiymətləndirilməsidir.
Bunu Bakıda mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korien Yonker deyib.
O qeyd edib ki, müşahidəçilər bütün seçki prosesini - seçki məntəqələrinin açılmasından səslərin sayılması və nəticələrin elan olunmasınadək – izləyəcək:
“Əsas müşahidə komissiyası 10 ekspertdən ibarət olacaq, amma onlardan əlavə, seçkilərdə köməkçi müşahidəçi qrupları da iştirak edəcək. Xüsusilə, martın 15-dən başlayaraq DTİHB-nin 20 uzunmüddətli müşahidəçisi Azərbaycanın regionlarında iş aparacaq. Bundan başqa, 280 qısamüddətli müşahidəçi seçki günü fəaliyyət göstərəcək. Ekspert və müşahidəçilər 19 ölkədən gələcək”.
K.Yonkerin sözlərinə görə, seçkilərdən sonra səsvermədən sonrakı günlərdə müvafiq prosesləri izləyən qrup ölkədə qalacaq.
O əlavə edib ki, DTİHB-nin uzunmüddətli müşahidəçiləri Azərbaycanın regionlarında hərəsində iki müşahidəçi olmaqla 10 qrupa bölünəcək:
“Biz Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığın şahidi olduq və ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər