Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən üç il ərzində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Nəticələr göstərib ki, “Sağlam təhsil” sinif şagirdlərində tədris müddətində görmə qabiliyyətinin yaxşılaşıb. Belə ki, təhsilə yeni başlayan “Sağlam təhsil” sinfi şagirdlərinin (2014, oktyabr) yalnız 52,4 faizində normal uzaqdangörmə itiliyi müəyyən edilibsə, 2016-cı ilin mayında bu rəqəm 75,3 faiz, 2017-ci ilin mayında isə 76,2 faiz təşkil edib. Ənənəvi siniflərdə II tədris ilini sonuna belə uşaqların sayı bir qədər artsa da (oktyabr, 2014-cü il – 63,0 faiz; may, 2016-cı il - 71,7 faiz), 2017-ci ilin mayında (3-cü sinfin sonu) azalaraq 68,5 faiz olub.
Təhsilalanların qamətinin müayinəsi göstərib ki, 2014-cü ilin oktyabr ayında müayinə edilən ənənəvi sinif şagirdlərinin 16,7 faizində, “Sağlam təhsil” sinif şagirdlərinin isə 22,4 faizində qamət pozuntuları aşkar edilib. 2016-cı ilin mayında (II tədris ilinin sonu) ənənəvi siniflərdə uşaqlar arasında qamət pozuntuları 2 dəfə artaraq 34 faiz, 2017-ci ilin mayında (3-cü tədris ilinin sonu) 30,9 faiz olub. “Sağlam təhsil” siniflərində isə cüzi dəyişiklik nəzərə çarpır. Belə ki, bu rəqəm 2014-cü ilin oktyabrında 22,4 faiz, 2016-cı ilin mayında–25,1 faiz, 2017-ci ilin mayında isə 22,4 faiz təşkil edib.
Beləliklə, müayinə nəticələrinin təhlili göstərir ki, “Sağlam təhsil” siniflərində təşkil edilmiş tədris şəraiti təhsilalanların sağlamlığının qorunması üçün əlverişlidir, bir sıra sağlamlıq problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.
ATU-nun mütəxəssislərinin rəyinə əsasən layihənin ibtidai siniflərdən sonra da davam etdirilməsi vacib şərtlərdən biri hesab olunmalıdır. Belə ki, ibtidai sinifləri bitirən uşaqlar yeniyetməlik dövrünə (10-15 yaş) qədəm qoyurlar. Bu dövrdə isə orqanizmdə gedən fiziki, psixi, hormonal dəyişikliklər yeniyetmə orqanizmini xarici amillərin mənfi təsirinə daha da həssas edir. Bunlardan birinin–məktəb amilinin “Sağlam təhsil” sinifləri vasitəsilə aradan qaldırılması məktəblilərin harmonik inkişafı üçün şərait yarada bilər.
Tehsil-press.az