Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda böyüməkdə olan nəslin sağlamlığının qorunması məsələləri, bu istiqamətdə görülən maarifçilik tədbirləri müzakirə olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqları salamlayaraq bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib.
Rektor Gəray Gəraybəyli həmçinin bu cür layihələrin önəmindən də bəhs edib: “Bu günki konfransımızda çox ciddi və vacib məsələlərdən danışılacaq. XXI əsrdə təhsil alanların səviyyəsinə diqqət bütün dünyda artmaqdadır. ABŞ, Avropa, MDB, Azərbaycan alimlərinin tədqiqatları göstərir ki, bir çox faktorların mənfi təsirləri nəticəsində uşaq və yeniyetmələrin fiziki, psixi inkişafında müəyyən qüsurlar yaranır və bu da ilk öncə uşağın məktəbli dövrünə təsadüf edir. Buna görə də məhz məktəb şəraitində uşaqların düzgün inkişafına, düzgün həyat tərzinin formalaşmasına, düzgün qidalanmasına və s. faktorlara diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Təhsil İnkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, 2013-cü ildə Təhsil Nazirliyinin “Sağlam təhsil” layihəsinə başlanıldı. Bu layihənin əsas məqsədi fiziki və mənəvi sağlam, yüksək savada malik olan Azərbaycan vətəndaşları yetirmək idi”.
Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən layihələr məktəbəqədər, orta, ali və digər gənc nəslin təhsillə yanaşı tərbiyəsində də böyük rol oynayır: “2014-cü ildən başlayan bu layihə bugünədək Bakı və Sumqayıtın 35 məktəbinin 116 sinfində tətbiq olunub. Bu cür layihələrin uğuru ilk növbədə ibtidai sinif müəllimlərindən asılıdır. Gələcək ibtidai sinif müəllimlərini "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb. İbtidai sinif müəllimliyi ixtisasında uşaq anatomiyası, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsıl texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub. "Sağlam təhsil-sağlam millət" layihəsinə uyğun olaraq, pedaqogika kursunun tədrisində pedaqoji valeologiya və didaktologiyanın əsasları öyrədilir”.
ATU-nun Mətbuat Xidməti