Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular öz işini davam etdirir. Beynəlxalq oxularda Rusiyanın, Ukraynanın, Belarusun, Estoniyanın, Latviyanın, Litvanın, Qazaxıstanın, Gürcüstanın və eləcə də respublikamızın humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri, gənc müəllimlər, kulturoloqlar, psixoloqlar, sosioloqlar, həkim-metodistlər iştirak edirlər.
Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular çərçivəsində martın 24-də akademik Şalva Amonaşvilinin “Məhəbbət qanunu” mövzusunda təqdimatı dinlənilib. Akademik Şalva Amonaşvili bildirib ki, ailə bizim üçün dünyada ən doğma yerdir. Dahi rus yazıçısı və mütəfəkkiri Lev Tolstoyun təbirincə desək, “Xoşbəxt o adamdır ki, öz evində xoşbəxtdir”. Xoşbəxt ailə qarşılıqlı sevgi, mənəvi birlik, yaradıcılıq, əməkdaşlıq, qarşılıqlı hörmət və qarşılıqlı anlaşma əsasında formalaşır. Xoşbəxt ailələr daim mənəvi cəhətdən zənginləşir və bu mənəvi zənginləşmə böyük sevinc hissi verərək həyatın tamlığını təmin edir. Ailə institutu uşağın inkişafında mühüm rol oynayır. Uşaq ailədə qazandıqlarını bütün həyatı boyu saxlayır. Ailə uşağın mənəvi inkişafının beşiyidir. Ailədə uşağın özünüdərkə, sevgiyə, qayğıya, diqqətə, hörmətə və ünsiyyətə olan tələbatı yaranır. Uşaq ailədə valideynlərin insanlığının, müdrikliyinin, dözümlülüyünün, başa düşməsinin və sevgisinin sınağıdır. Ailə insan talelərinin canlı laboratoriyasıdır. Ailədə hər bir üzvün fikirləri, hissləri, cəhdləri, arzuları ilə hesablaşmaq lazımdır. Öz ləyaqətini qoruyaraq güzəştə getməyi bacarmaq vacibdir. Ailə həyatın yeganə dəyərdir. Ailənin məhv olması ilə dünya məhv ola bilər. Ailə elə bir yoldur ki, burada hamı bir-birinə öz təyinatını anlamağa və buna uyğun hərəkət etməyə kömək edir. Ailə həyatının başlıca mənası və məqsədi uşaqların tərbiyəsidir. Tərbiyə məktəbinin əsası isə validiyenlərin qarşılıqlı münasibətidir. Ailə səmanın yerlə, kişinin qadın ilə, valideynlərlə uşaqların, sələflərlə xələflərin birliyidir. Bu birlik öz nəslinə və bəşəriyyətə fayda gətirən xoşbəxt insanın tərbiyəsi üçün müəyyən edilib. Valideynlərin bir-birinə olan sevgisi uşağa xoşbəxtlik bəxş edir. Uşaqları ailə dəyərləri ruhunda tərbiyə etmək olduqca vacibdir. Valideynlərin xeyr-duası insanın taleyini yaradır və çətinliklərin qələbəyə çevrilməsi üçün enerji mənbəyi rolunu oynayır.
Akademik Şalva Amonaşvilinin təqdimatı iştirakçılarda böyük məmmunluq hissi yaradıb.
Qeyd edək ki, bununla yanaşı, martın 24-də humanist pedaqogikada şəxs, müəllimlik peşəsi, ailənin mənəvi dəyərləri və digər vacib məqamlarla bağlı ustad dərsləri keçirilib.
Həmçinin tədbirin ikinci günündə “Mən səni sevirəm, həyat” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib. Kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi