Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçıliğı ilə universitetdə Tailand Texnoloji Elmi-Tədqiqat İnstitutunun direktoru, NASA-nın əməkdaşı, peşəkar pedaqoq, professor Art Onq Djumsai “Mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi” mövzusunda ikigünlük beynəlxalq təlimlər keçirib. Beynəlxalq təlimlərdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, ADPK-nin rəhbərliyi və müəllimləri, filialların direktorları və müəllimləri, ümumi təhsil məktəblərinin direktorları və mütəxəssisləri, təhsil ekspertləri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru Valeriy Voşinin iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları və iştirakçıları salamlayaraq bildirib ki, bu gün ADPU-nun həyatında xoş və əlamətdar bir gündür. Azərbaycan dəyişir, yeniləşir, müasirləşir. Bu yenilik və və müasirliyə uyğun olaraq ADPU-da da təhsilin məzmununun yenilənməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin seçiminin başlanılması, idarəetmənin optimallaşdırılması, müasir idarəetmə infrastrukturun yaradılması üçün islahatlar həyata keçirilir. Hazırda bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsidir. Bu baxımdan məşhur pedaqoq, professor Art Onq Djumsainin universitetimizdə keçirdiyi təlimlər mühüm əhəmiyyət kəsb edir. Bu təlimlər ölkə pedaqoqlarının mənəvi-əxlaqi zəmində inkişafına və ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyasına yeni implus verəcək.
Rektor professor Art Onq Djumsainin fəaliyyəti barədə məlumat verərək bildirib ki, o, dünya səviyyəli alim, ixtiraçı, pedaqoqdur. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Üç dəfə parlament üzvü seçilib. Ümumbəşəri dəyərlərin təhsilin məzmununa tətbiqi sahəsində 250 mindən çox pedaqoji kadrın hazırlığına rəhbərlik edib. O, ümümbəşəri dəyərlərin təhsilə, məktəbə inteqrasiya olunmasını təbliğ edir və bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Alim bütün dünyada tanınan Satya Sai məktəbini yaradıb. Çıxışının sonunda rektor Cəfər Cəfərov təlimlərin keçirilməsinə görə cənab Art Onq Djumsaiyə və təlimin təşkilatçılarına təşəkkür edib.
Professor Art Onq Djumsai slayd vasitəsilə çıxış edərək real həyat hadisələri və konkret faktlar əsasında, eləcə də öz təcrübəsi əsasında ümümbəşəri dəyərlərin təhsilə inteqrasiyası, rəhbərlik etdiyi məktəbin şagirdlərinin mənəvi-əxlaqi
keyfiyyətlərinin inkişafına yönəldilmiş fəaliyyəti barədə məlumat verib. Alim qeyd edib ki, müasir təhsil bilik verir, lakin biz bütün insanlara dünyada yaşamağa imkan verən təhsilə ehtiyac duyuruq. Buna görə uşağın xarakterinin formalaşması başlıca şərtdir. Alimin fikrincə, səbirli və tam səmimi olan, uşağı ürəkdən sevən, fədakar müəllim onun xarakterinin formalaşmasında böyük rol oynayır. Albert Eynşteyinin dediyi kimi, “İntuitsiya əvvəlcədən düşünülən niyyət və yaxud hərəkət planı deyil. İntuitsiya ürəkdən gəlir”. Öz məktəbinin alternativ enerji mənbələrindən istifadə edilməsi sahəsində qazandığı nailiyyətlərdən danışan Art Onq Djumsai qeyd edib ki, məktəbin fəaliyyət prinsipləri “Gələcəyin enerjisi” şüarı ilə keçiriləcək “EKSPO-2017” sərgisinin fəlsəfəsinə uyğundur və dünya ictimaiyyəti üçün aktual olan alternativ enerji mənbəyi mövzusunu işıqlandıracaqdır. Humanist alim təlim iştirakçılarını ümumi dünyamızın sülh, əmin-amanlıq şəraitində yaşaması, inkişafı və xoşbəxtliyi naminə həmrəy olmağa, birgə fəaliyyət göstərməyə çağırıb.
Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru Valeriy Voşinin çıxış edərək beynəlxalq təlimin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Beynəlxalq təlimlər zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi