ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilir

ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilir Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, maddi-texniki bazanın və elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, universitetin tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi məqsədilə islahatların, mütərəqqi təşəbbüs və ideyaların, müxtəlif layihələrin həyata keçirilməsi ilə yanaşı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq edilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə universitetdə 21-25 dekabr 2016-cı il tarixlərində Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminar diqqətəlayiqdir. Qeyd edək ki, tədbir 21-22 dekabr tarixində Humanist pedaqogika üzrə oxuları və 23-25 dekabr tarixlərində keçiriləcək beynəlxalq seminarı ehtiva edir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov beynəlxalq konfrans-seminarı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb. Rektor bildirib ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir pedaqoji ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Müasirliyə və yeniliyə xidmət edən, universitet, institut və təhsil idaredən qurumların rəhbərlərinin, millət vəkillərinin, pedaqojiyönümlü ali təhsil müəssisələrinin, pedaqoji kolleclərin, paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən bir çox ümumi təhsil məktəblərinin direktorlarının və müəllimlərinin, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin, tərbiyəçilərinin, bu sahənin tanınmış mütəxəssislərinin, təhsil ekspertlərinin iştirak etdiyi bu beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə ediləcək. Qeyd edib ki, seminar və humanist pedaqogika üzrə oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika
Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvilidir. Tədbirdə həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq-alimlərinin təqdimatlarının dinlənilməsi nəzərdə tutulur. Novator pedaqoq Şalva Amonaşvili öz təcrübəsini və uşaqlara olan dərin, təkrarolunmaz sevgisini və biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşəcəkdir. Şalva Amonaşvilinin müəllif seminarında humanist pedaqogikanın əsaslarının dərindən öyrənilməsi, humanist pedaqogikanın və şəxsiyyətyönümlü prinsiplərin təcrübi yanaşması, müasir dünyamızda az da olsa rast gəlinən, yüksək səviyyəli şəxsiyyətlərlə ruhlandırıcı ünsiyyət təklif edilir. Seminarın proqramı dərin fəlsəfi və psixoloji şərtləri, dərs vermək sənətini, dərsdə qiymətləndirmə fəaliyyətini və dərsdə ünsiyyəti əhatə edir. Humanist pedaqogikanın əsasını şagirdlərə yönəlmiş nəcib və alicənab insanın tərbiyəsi, uşağın mənəvi və əxlaqi cəhətdən inkişafı, təhsilalanda yaradıcılığa və xeyirxah işlərə istiqamətləndirən təfəkkürün inkişaf etdirilməsi, uşağın həyatda öz seçimləri və azadlığına məsuliyyət daşıyaraq hüquqlarını qoruması, öz xalqının və bəşəriyyətin əsrlərə söykənən dəyərlərini qoruması, qiymətləndirməsi və Vətənini sevməsi prinsipləri təşkil edir. Seminar iştirakçılarda öz şagirdlərini şəxsiyyət kimi formalaşdırmaq və inkişaf etdirmək, təhsilalanlarla ahəngdar münasibətlər qurmaq, onları başa düşmək, təhsilalanların istedadlarının aşkar olunmasında və ətrafda baş verən mənfi halların öhdəsindən gəlməkdə onlara köməklik göstərmək, təhsilalanlar üçün nümunəvi şəxsiyyət, hami, dost olmaq, uşaqları şəxsiyyət kimi qəbul etmək bacarıqlarını formalaşdırır.
Çıxış edən ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qeyd edib ki, dekabrın 25-dək davam edəcək tədbirdə təhsil işçiləri Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və humanist pedaqogikanın ideya müəllifi Şalva Amonaşvilidən ustad dərsləri almaqla yanaşı, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin təqdimatını da dinləyəcəklər.
Tədbirdə çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Fazil Mustafa, təhsil ekspertləri professor Şahlar Əsgərov, professor Əjdər Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsini müdiri Məhəbbət Vəliyeva, Qazaxstanın dövlət fondu nəzdində
Milli Elmi-Praktik Təhsil və Sağlamlıq Mərkəzi “Bobek”in İnsanın Harmonik İnkişafı İnstitutunun direktor müavini Luiza Çubatova, Kalininqrad şəhər 49 saylı liseyin rəhbəri, pedaqoji elmlər namizədi, Humanist Pedaqogika Cəngavəri, “Ürək və Qızılgül qulluqçusu” nişanının laureatı İqor Kirşin, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşinin, “Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri, Rusiya Federal Məclisi Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini, Humanist Pedaqogika Cəngavəri, “Ürək və Qızılgül qulluqçusu” nişanının laureatı Klara Mansurova və başqaları belə beynəlxalq konfrans-seminarların təhsilin inkişaf etdirilməsi, ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Tədbirdə “Müəllimin himni” səsləndirilib.
Akademik Şalva Amonaşvili çıxış edərək humanist ideyalara xidmət edən bu beynəlxalq konfrans-seminarın yüksək səviyyədə təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini iştirakçılarla bölüşüb. Sonra konfrans öz işini 6 bölmədə davam etdirib. Qeyd edək ki, beynəlxalq seminarın və oxuların sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilirADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilir

Oxşar xəbərlər