Tehranla Bakı arasında ikitərəfli münasibətlər strateji əlaqələrə çevrilmə yolunda irəliləyir.
Keçmiş səfirin sözlərinə görə, son illər ərzində tərəflər iqtisadiyyat və təhlükəsizlik, xüsusilə də terrorçuluqla mübarizə kimi sahələrdə birgə tədbirlər görüb.
İran Prezidenti Həsən Ruhaninin Bakıya bugünkü səfərini şərh edən M.Pak Ayin deyib ki, son beş il ərzində Azərbaycan və İran prezidentləri 10-dan çox görüş keçirib və bu görüşlər yeni sazişlərin əldə olunmasında və onların reallaşdırılmasında vacib rol oynayır.
Keçmiş səfir qeyd edib ki, hər iki ölkə təhlükəsizlik və regional sabitlik məsələləri üzrə ümumi mövqeni bölüşür və bu cür əməkdaşlıq ölkələrin uzunmüddətli maraqlarının reallaşdırılmasını təmin edəcək:
“Bakı və Tehran uğurlu diplomatiyanın rəmzi hesab olunan mövcud imkanların üstünlüklərindən yararlanır. Regional və çoxtərəfli əməkdaşlığa gəldikdə isə İran və Azərbaycan ümumi təhdidlərlə üzləşir, eyni zamanda hər iki ölkənin qarşısında regionda ümumi imkanlar var. Bu baxımdan, Rusiya, Türkiyə və Gürcüstan da daxil olmaqla regionun digər ölkələri ilə qarşılıqlı fəaliyyət göstərməklə İran və Azərbaycan imkanlardan yararlana və təhdidlərə müqavimət göstərə bilər”.
M.Pak Ayin bildirib ki, Xəzər dənizinin hüquqi statusu, enerji təhlükəsizliyi, nəqliyyat, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, terrorçuluq və ekstremizm kimi məsələlər bu ölkələrin müzakirə edə biləcəyi məsələlərdəndir:
“İran, Rusiya və Azərbaycanın ikitərəfli və üçtərəfli formatlarda əlaqələri iqtisadi əməkdaşlığın inkişafına və möhkəmlənməsinə gətirib çıxaracaq”.
Əməkdaşlıq üçün mövcud imkanlardan danışan keçmiş səfir vurğulayıb ki, üç ölkə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı, gömrük, neft-qaz sektoru, eləcə də nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi kimi sahələrdə əməkdaşlıq edə bilər.
Tehsil-press.az