Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər.
Bunu Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən Prezident İlham Əliyev tibb ocağının kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: “Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır”.
Prezident bildirib ki, səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir: “Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir”.
İlham Əliyev deyib ki, beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür: “Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər”.
Tehsil-press.az