Azərbaycanda bu saytlara girən “cərimələnir” - Şok dələduzluq

Azərbaycanda bu saytlara girən “cərimələnir” - Şok dələduzluq Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.
Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.

Azərbaycanda bu saytlara girən “cərimələnir” - Şok dələduzluq

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, təmsil etdiyi qurum tərəfindən sözügedən mesaj heç bir abunəçinin mobil telefonuna göndərilməyib: “Bu, Nazirlik adına yayılan böhtandır. Kim belə bir məsələ ilə qarşılaşıbsa “102” xidmətinə və ya aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Məsələ araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.
Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev faktla bağlı “Qafqazinfo”ya bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə tənzimlənir: “İnzibati həbs tənbeh növündə 3 ay müddətinə qədər həbs tətbiq edilir. Yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamaya görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda 3 ay müddətədək inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 227- ci maddəsinin həmin maddədə göstərilən əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

Tehsil-press.az

Oxşar xəbərlər