Son günlər sosial şəbəkələrdə şokoladın yanması ilə bağlı yayılan videolar valideynlərin narahatlığına səbəb olub.
Məşhur müğənni Nura Suri də bu haqda paylaşım edərək övladlarına marketlərdən şokolad almağa icazə vermədiyini bildirib.
Videolarda iddia olunur ki, şokolad istilik artdıqca əriməlidir. Ancaq tərkibində kimyəvi qatqılar olduğu üçün bu şokoladlar yanır və xoş olmayan qoxu gəlir.
Bəs şokoladın yanması nə dərəcədə normaldır?
Sualımıza cavab almaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirib ki, şokoladın yanması onun ziyanlı olduğu anlamına gəlmir. Bütün ərzad məhsulları yana bilər və bu, tam təbii bir haldır.
Tehsil-press.az