Son günlər sosial şəbəkələrdə ən çox paylaşım edilən mövzulardan biri də "GetContact" adlı proqramın istifadəçilərə təklif etdiyi xidmətdir. Bu proqram vasitəsilə hər hansı bir şəxs istənilən abonentin nömrəsinin digər kontaklarda necə qeyd edildiyini öyrənə bilir. Əgər əvvəl sizə zəng edən hər hansı nömrənin kimə məxsus olduğunu öyrənmək üçün həmin operatorun müştəri xidmətlərinə yaxınlaşaraq ərizə ilə müraciət edirdinizsə, artıq bu prosedurları bir toxunuşla həll etmək olur. Bu isə birbaşa şəxsi məlumatlara müdaxilədir. Bəs bu proqramın istifadəsi yol veriləndirmi? İnformasiya təhlükəsizliyimiz qorunurmu?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırıb bildirib ki, istifadəçilər "AppStore" və digər yükləmə panellərindən tətbiqi telefona yüklədiklərində şəxsi informasiyaları ilə qeydiyyatdan keçirlər:
"Bilirsiz, bu kifayət qədər düşündürücü və ehtiyatlı olmağı tələb edən proqramdır. Yəni, indiyə qədər belə proqramların sayı çox olub, lakin bu işləmə mexanizminə görə, olduqca fərqlidir. Müəyyən dərəcədə bu proqram daha çox şəxsi informasiyaları əldə etməyə kömək edir. Burada söhbət nömrədən və həmin nömrənin sizin şəxsi telefonunuzda qeydiyyata salındığı addan gedir. Bu artıq birbaşa özəl həyata müdaxilə kimi görünür. Digər tərəfdən isə bu məlumatların qarşısını almaq olur. Proqramın tənzimləmələrində məlumatlarınızın ötürülməsinin qarşısını ala bilmək üçün xüsusi buton var. Butonu tıklayıb, razılıq vermisinizsə, günahın konkret kimin üzərində olması sual altına düşür. Belə çıxır ki, vətəndaş öz şəxsi məlumatlarını əlçatan edir. İlk olaraq insan özünün informasiya təhlükəsizliyini qorumalıdır".
O.Gündüz onu da əlavə etdi ki, proqramın vətəndaşların təhlükəsizliyini pozub-pozmadığına dair açıqlama verilməlidir. Gizli məlumatları əldə edərək hər hansı fiziki və hüquqi şəxslərə ziyan verə biləcək davranışlar sərgiləmək isə birbaşa cinayət əməlidir:
"Hesab edirəm ki, ölkə daxilində aydiyyatı qurumlar bu məsələni diqqətdə saxlamalıdırlar. Şəxsən mən bu proqramı o qədər də sadə və təhlükəsiz, əyləncə xarakteri daşıdığını düşünmürəm. Fikrimcə, milli təhlükəsizliyə cavab verən qurumlar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı bəyanat versə, çox yaxşı olar. Təəssüf ki, bu qədər sürətlə yayılan proqram haqqında heç bir açıqlama yoxdur. Proqramın istifadə qaydası, qanuni tərəfləri, nə dərəcədə təhlükəli olub-olmadığına dair rəy verilməli və vətandaşlar bu istiqamətdə maarifləndirilməlidir. Sizə deyim ki, bu məsələ ilə bağlı birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi məsuliyyət daşımalıdır. Düşünürəm ki, bu onların fəaliyyət sahəsinə daxildir".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövzu ilə bağlı sorğunu cavalandırıb. Qurumdan bildirilib ki, "GetContact" adlanan mobil proqramı aktivləşdirmək üçün "Telefon nömrəsi" və "Facebook" hesabı ilə qeydiyyat tələb olunur:
"Qeydiyyatdan sonra "GetContact" proqramı istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi proqramda qeydiyyatdan keçməyibsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu digər abunəçinin də hüquqlarının pozulması deməkdir".
Nazirliyin Elektron Təhlükəsizlik Xidməti bəyan edib ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür:
"Daha sonra mobil nömrənin "GetContact" bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni "Unlist" bölməsində yazaraq siyahıdan çıxara bilər".
Tehsil-press.az