“Skripal işi”nə görə son günlərdə siyasi gərginlik yaşayan ABŞ və Rusiya arasında yeni hadisələr cərəyan etməyə başlayıb.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Vaşinqtona dəvət edib.
Bu barədə məlumatı “Ağ Ev”in sözçüsü Sara Sanders təsdiqləyib. O, bu barədə razılığın 20 martda iki lider arasında baş tutan telefon görüşməsində əldə edildiyini deyib.
S.Sanders görüşün dəqiq olaraq hansı tarixdə və harada baş tutacağının bilinmədiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, “Skripal işi”nə görə ABŞ 60 rus diplomatı deportasiya edib, Rusiya da eyni addımla cavab verib. Üstəlik ABŞ-ın Sankt-Peterburqdakı konsulluğu da bağlanılıb.
Tehsil-press.az