Trampdan Rusiyaya qarşı - Birləşmə çağırışı

Trampdan Rusiyaya qarşı - Birləşmə çağırışı Amerika lideri Donald Trampın həmkarları ilə Rusiya barədə danışdığı məlum olub.
ABŞ prezidenti xarici liderləri “Skripal işi”nə görə, Rusiyaya qarşı birləşməyə çağırıb. Bunu Ağ Evin mətbuat katibinin müavini Rac Şah deyib.
Onun sözlərinə görə, prezident bir çox xarici ölkələrin liderləri ilə danışarkən onları ABŞ-a qoşularaq diplomatları qovmağa çağırıb. R.Şah “Bu, koordinasiyalı hərəkət idi. Prezident bunu bir sıra xarici həmkarları, bizim avropalı müttəfiqlərlə müzakirə edib və diplomatların qovulmasında onları bizə qoşulmağa səsləyib”,- deyib.
Hökumət sözçüsü bildirib ki, diplomatların göndərilməsi müxtəlif dünya ölkələrində Rusiyanın kəşfiyyat imkanlarının zəifləməsi baxımından əhəmiyyətli addımdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 26-da 60 Rusiya diplomatının ölkədən göndərilməsinə sərəncam verib və Sietldə Rusiya konsulluğunun bağlanmasını əmr edib.

Tehsil-press.az

Oxşar xəbərlər