BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” adlı Ümumrespublika tələbə yaradıcılıq festivalı təşkil olunur. Festivalın keçirilməsinin məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Aprelin 2-də və 3-də “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsi olub. Seçim turunda Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı xoreoqraf Əli Natiqoğlunun rəhbərliyi ilə millli rəqs nominasiyası və Vals nominasiyası üzrə 2-ci yeri qazanıb. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Namiq Fərəcov vokal müəllimi Səbinə Mehdiyavanın rəhbərliyi ilə rok-vokal nominasiyası üzrə 3-cü yerin qalibi olub.
Qeyd edək ki, festivalın qala konserti aprelin 25-də keçiriləcək. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

BSU-nun Mətbuat xidməti


BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublarBSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublarBSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublarBSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublarBSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

Oxşar xəbərlər