Bakı Beynəlxalq Tələbə Klubu - "Əcnəbi tələbə gənclərin fikir platforması" adlı layihə həyata keçirir. TED-x formatında keçirilən layihənin məqsədi əcnəbi tələbə-gənclərə müşahidə etdikləri, yaşadıqları, ümumiyyətlə bölüşmək istədikləri hər hansı mövzunu münsiflər heyəti və auditoriya qarşısında paylaşmaqdır.
Layihə yarımfinal və final mərhələsindən ibarətdir. Yarımfinal mərhələsi aprelin 13-də, saat 12:00-da ADA Universitetində keçiriləcək.
Yarımfinal mərhələsində 15 ölkədən, 9 universitetin 20 iştirakçısı yarışacaq. Hər bir iştirakçıya maksimum 7 dəqiqə vaxt veriləcək. Onun 2 dəqiqəsi video təqdimat olacaq. Münsiflər heyəti istənilən an çıxışı dayandırıb iştirakçıya öz sualını ünvanlaya bilər.
Auditoriyanın marağına təəccübünə səbəb olan çıxışlar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndiriləcək. Seçilən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaq. Finalda isə ilk üç yer üçün pul mükafatı nəzərdə tutulub. Yarışın son mərhələsi aprelin 25-də keçiriləcək.
24 aprel - Dünya Gənclərinin Beynəlxalq Həmrəyliyi həftəsində, Bakıda təhsil alan əcnəbi gənclərin bir araya gəlib düşüncə və fikirlərini TEDx vasitəsi ilə geniş auditoriya ilə paylaşmaq istəyi layihənin uğuru sayıla bilər. Çünki əcnəbi gəclər arasında belə bir layihə ölkəmizdə ilk dəfə keçirilir. Qeyd edək ki, “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA universitetinin Magistr Tələbə Hökümətinin texniki dəstəyi ilə keçirilir.
UNEC-in Mətbuat Xidməti