Facebook sosial şəbəkəsinin “BDU” səhifəsində “İlin ən yaxşı dekanı” nominasiyası üzrə açıq səsvermə keçirilib. “Fakültənin idarə olunmasındakı peşəkarlığına və tələbə kontingenti arasındakı yüksək nüfuzuna görə” keçirilən sosial layihə universitetin 17 fakültəsini əhatə edib və səsvermə bir ay davam edib. Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev humanitar, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov isə təbiət fakültələri arasından qalib olublar. Qalib dekanlara diplomları BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, səhifə və layihənin rəhbəri İlqar Quliyev təqdim ediblər.
Mətbuat və informasiya şöbəsi