“Vəziyyət getdikcə xaotik hal alır” - Putin

“Vəziyyət getdikcə xaotik hal alır” - Putin Rusiya prezidenti Vladimir Putin beynəlxalq vəziyyətin son dərəcə təhlükəli olduğunu deyib.
Vladimir Putin 17 ölkənin səfirinin etimadnaməsini qəbul edərkən Suriyada yaşanan son hadisələrə, eləcə də ABŞ-ın son bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət son dərəcə təhlükəli hal alır:
“Vəziyyət getdikcə xaotik hal alır. Amma biz yenə də ümid edirik ki, sağlam düşüncə qalib gələcək, beynəlxalq münasibət konstruktiv məcraya yönələcək, bütün dünya sistemi daha stabil və proqnozlaşdırılan olacaq”.
Rusiya prezidenti ölkəsinin bundan sonra da qlobal və regional təhlükəsizliyin tərəfdaşı kimi çıxış edəcəyini vurğulayıb:
“Biz bundan sonra da beynəlxalq öhdəliklərimizə sadiq qalacağıq. Rusiya bütü ölkələrlə siyasi dialoqu gücləndirmək, ticari və iqtisadi əlaqələri genişləndirmək yolunu tutacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər