Bu ölkə adını dəyişdi - kral belə istədi

Bu ölkə adını dəyişdi - kral belə istədi Afrikanın cənubundakı kiçik Svazilend kralı 3-cü Msvati ölkəsinin adını dəyişdirib.
Svazilend bundan sonra Esvatini adlanacaq. "Esvatini" kəlməsi yerli svati dilində "svazilərin torpağı" deməkdir.
Kral 3-cü Msvatinin sözlərinə görə, Svazilend adı indiyədək qarışıqlıq və çaş-başlıq yaradırdı: "Hər dəfə xaricə səfər edəndə bizi İsveçrə vətəndaşları sayırdılar. Bundan sonra ölkəmiz Esvatini Krallığı olacaq. Afrikadakı ölkələrin bir çoxu dövlət müstəqilliyi əldə edəndən sonra doğma, qədim adlarını bərpa ediblər. Svazilend də Britaniya tərəfindən müstəmləkə halına salınanadək olan əsl adına qayıdır".
İş ondadır ki, Svazilend sözünün ingilis dilində yazılışı və deyilişi (Switzerland) Svazilendə (Swaziland) çox bənzəyir.
3-cü Msvati ölkənin dövlət müstəqiliyinin 50 illiyi və özünün 50 yaşı tamam olması münasibətilə paytaxt Manzin şəhərindəki stadionda keçirilən təntənəli tədbirdə xalqa ünvanladığı müraciətdə qərarını açıqlayıb.
Kral 3-cü Msvatini indiyədək ölkəsini bir neçə dəfə Esvatini adlandırmışdı. Məsələn, ölkə parlamentinin yeni heyətlə sessiyasının açılışında, ötən il BMT-nin Baş Assambleyasında çıxışında, Afrika Birliyinin sammitində, habelə beynəlxalq konfranslarda o, "Esvatini" kəlməsini işlətmişdi.
Cənubi Afrika Respublikası ilə həmsərhəd olan Svazilend 1968-ci ildə müstəqillik qazanıb. Absolyut monarxiya olan Svazilendin ərazisi 17300 kvadrat kilometrdir.
Ölkədə hakimiyyət krala məxsusdur. Parlament isə qanunverici funksiyaya malik deyil.

Tehsil-press.az

Oxşar xəbərlər