“SABAH” qruplarının dördüncü kurs tələbələrinin Vergilər Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib.
Görüşün məqsədi Vergilər Nazirliyi və onun tabeli struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqqında tələbələrə məlumat vermək olub.
Tədbir iki nazirlik arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib.
Memorandum vergilər sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi və vergitutma sahələri üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) mütəmadi dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və nazirliklərarası digər əməkdaşlıq məsələlərini əhatə edir.

Kəmalə Rəhimli