Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 2-də 68,81 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 2-də 73,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər