Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir Azərbaycan Universitetinin rəhbərliyi müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzülüb. Ulu öndərin Universitetin foyesindəki büstünün önünə əklil qoyulub.
Universitetin tədris binasındakı anım tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Universitetin qonağı, AMEA-nın Tarix İnstitutu Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Ədalət Qasımovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin yeri və rolu”, İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyevin “Heydər Əliyev və AXC” mövzusunda məruzələri dinlənilib.
Professor Ədalət Qasımov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Çünki, bugünkü müstəqil Azərbaycan onun şah əsəridir. Bu gün müstəqillik və tərəqqi yolunda inamla irəliləyən xalqımızın tarixinin yarım əsrə yaxınlaşan bir dövrü ulu öndərin adı ilə bağlıdır. Xalqı tarixin ən ağır və ən çətin sınaqlarından çıxaran, ölkənin inkişaf strategiyasını müəyyənləşdirərək tərəqqiyə aparan ümummilli liderin siyası kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Qabil Əliyev 2018-ci ilin Prezident İlham Əliyevin sərəncamı ilə “AXC İli” elan olunduğunu xatırladıb və vurğulayıb ki, ümummilli liderin ən böyük xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini qiymətləndirməsidir. O, AXC-nin tarixinə, onun qurucularının fəaliyyətinə daim yüksək qiymət verib.
Məruzələrin ardından tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar. Sənədli filmin gün ərzində tələbələr üçün nümayişi davam etdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirBugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirBugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirBugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirBugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Oxşar xəbərlər