Xətai rayonunun ümumtəhsil məktəblərində Ulu Öndərin xatirəsi anılıb

Xətai rayonunun ümumtəhsil məktəblərində Ulu Öndərin xatirəsi anılıb Bakının Xətai rayonunun orta ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, şagirdlərə böyük şəxsiyyətin həyatı və dövlətçiliyimizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verilib. Müəllimlər çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildiriblər.
Tədbirlərdə Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan danışılıb. Ümummilli Liderin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir.
Sonda Ümummilli Liderin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər