Azərbaycan neftinin bir bareli 78 dollara çatır

Azərbaycan neftinin bir bareli 78 dollara çatır CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 77,8 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,15 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 73,48 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 77,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər