
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, 2024-cü ildə ən çox yoluxma halı exinokokkz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:
"Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral və dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), iki nəfərdə isə quduzluq aşkarlanıb".
Qeyd edək ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 123-ə çatıb.
Tehsil-press.az