
Mariya Zaxarova deyib ki, “Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var”. Dmitri Peskov isə bir qədər də irəli gedərək, “Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük” açıqlamasını verib.
Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi, “üçüncü qüvvələr” varsa, bu, iki halda mümkün ola bilər:
- ya Rusiya daxilindəki qüvvələr təxribatlar törədir: ki, adətən Kremlin siyasi siyasi qərarı olmadan belə hallar baş vermir;
- ya da Rusiya “xarici qüvvələr”in FSB-yə sızaraq, azərbaycanlılara hücum etdiyini açıqlamalıdır;
Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır, bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil.
Rusiyanın “kənar qüvvələr” iddiasının məqsədi aydındır: diqqəti törətdikləri zorakılıqdan yayındırmaq və məsuliyyətdən qaçmağa çalışırlar;
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 18.40-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız eks spiker Rəsul Quliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Tehsil-press.az