12 iyunda Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla keçirilməsi planlaşdırılan görüşü təxirə salan ABŞ prezidenti Donald Tramp sərt açıqlama verib.
Amerika lideri açıqlamasında həm yeni görüş üçün “açıq qapı” buraxıb, həm də “lazım olarsa ordumuz hazırdır” mesajı ilə Ş.Koreyaya gözdağı verib:
“Şimali və Cənubi Koreya xalqı birlikdə sülh şəraitində yaşamağa layiqdir. Bu parlaq gələcək yalnız nüvə silahı təhdidi ortadan qalxdığında mümkün ola biləcək. Əgər Kim Çen In danışıqlar yolu ilə problemi həll etməyə cəhd edərsə və bunu nə zaman istəyərsə, mən görüş üçün hazıram. Lakin bu müddət ərzində çox güclü sanksiyalarımız və təzyiqlərimiz davam edəcək”.
Tramp işlərin yolunda getməyəcəyi təqdirdə müharibəyə hazır olduqlarını da söyləyib:
“Müdafiə naziri Ceyms Mettislə və Qərargah rəisi ilə danışdım. Əgər ehtiyac olarsa, ordumuz hazırdır. Yaponiya və Cənubi Koreya ilə də görüşmüşəm. Onlar da hərbi əməliyyatlara hazırdırlar və yarana biləcək maliyyə yükünü də qarşılamaq istəyirlər”.
Tehsil-press.az