Deputatın general qardaşı da işdən çıxarıldı

Deputatın general qardaşı da işdən çıxarıldı Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev daha bir generalı tutduğu vəzifədən azad edib. Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
B. Salayevin yerinə Məsum Rəsulov təyin edilib.
Qeyd edək ki, M. Rəsulov bundan əvvəl Əməliyyat idarəsinin rəisi vəzifəsində işləyib.
Xatırladaq ki, unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunan B. Salayev Milli Məclisin deputatı Hacı Salayevin qardaşıdır.

Tehsil-press.az

Oxşar xəbərlər