Öldürüldüyü deyilən jurnalist sağ çıxdı - Kəşfiyyatın planı imiş + Video

Öldürüldüyü deyilən jurnalist sağ çıxdı - Kəşfiyyatın planı imiş + Video Dünən rusiyalı jurnalist Arkadi Babçenkonun Kiyevdə öldürülməsi barədə məlumat yalan çıxıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak jurnalistlərə açıqlamasında məlumat verib.
O deyib ki, dünən sui-qəsdi törədənin üzə çıxarılması üçün ölüm xəbəri bilərəkdən yayılıb. Qritsak artıq cinayətkarın yaxalandığını deyib.
Sui-qəsdin Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlandığı iddia edilir.
Qeyd edək ki, Babçenko siyasi baxışlarına görə Rusiyadakı təzyiqlərdən xilas olmaq üçün ötən il Ukraynaya köçüb və orada yaşamağa başlayıb.





Tehsil-press.az

Oxşar xəbərlər