Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.
Bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.
Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.
Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər