Azərbaycan və Niderland öz ticarət limanlarını əlaqələndirmək niyyətindədir (ÖZƏL)

Azərbaycan və Niderland öz ticarət limanlarını əlaqələndirmək niyyətindədir (ÖZƏL) Azərbaycan və Niderland Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı və onun Niderland limanları ilə əlaqələndirilməsi üzərində birgə çalışırlar.
O.Kervers bildirib ki, Niderlandın ticarət şəbəkələrinin nümayəndələri azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi üsullarını öyrənirlər və Ələt limanı ilə ticarət əlaqəsi yaratmaq istəyirlər: "Hazırda onlar Azərbaycan sahibkarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və Niderlandın "Greenport" və Venlo limanları ilə Ələt limanı arasında əməkdaşlığın qurulması üzərində çalışırlar".
Səfir vurğulayıb ki, layihənin əhəmiyyətli hissəsi hökumətin minimal iştirakı ilə iki ölkənin biznes dairələrinin əlaqələri üzərində hazırlanır: "Biz Bakı və Maastrixt arasında həftədə bir neçə dəfə yük reysləri həyata keçiririk və mövcud ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini görürük".
İki ölkə arasında limanların əməkdaşlığı üzrə işgüzar görüşlər barədə danışan diplomat bildirib ki, Azərbaycanın Ələt limanının nümayəndə heyəti 2018-ci ilin aprelində "Greenport" və Venlo limanlarında olub: "Həmçinin bu yaxınlıarda logistika üzrə niderlandlı ekspertin Azərbaycana səfəri olub və səfər zamanı tərəflər iki ölkənin limanları arasında əməkdaşlığın konkret variantlarını və imkanlarını müzakirə ediblər".
Xatırladaq ki, Azərbaycan və Niderland arasında 2018-ci ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsi 51,1 milyon dollar təşkil edib. Azərbaycan məhsullarının Niderlanda ixracı 27,2 milyon dollar, Niderland məhsullarının Azərbaycana idxalı isə 23,9 milyon dollar həcmində olub.

Tehsil-press.az

Oxşar xəbərlər