Akif Əlizadə: Elm və biznes arasında əməkdaşlığın inkişafını davam etdirmək lazımdır

Akif Əlizadə: Elm və biznes arasında əməkdaşlığın inkişafını davam etdirmək lazımdır Azərbaycanda elm və biznes arasında əməkdaşlığın inkişafını davam etdirmək lazımdır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
A.Əlizadə bildirib ki, bu istiqamətdə mühüm addımlardan biri AMEA yanında 13 rezidentin qeydiyyata alındığı Yüksək Texnologiyalar Parkının yaradılması oldu.
AMEA prezidenti qeyd edib ki, Azərbaycanda əqli mülkiyyətin qorunması və ümumiyyətlə, onun geniş vüsət alması böyük bir problemdir: “Biz ölkənin böyük elmi təşkilatı olaraq, bu problemlə qarşılaşmışıq. Bu baxımdan geniş müzakirələrin aparılması, görüşlərin keçirilməsi çox əhəmiyyətlidir”.
O deyib ki, intellektual kapitalın, eləcə də innovativ mühitin inkişafı və bilik iqtisadiyyatının formalaşdırılması üçün elm və innovasiyaların tətbiqi sahəsində ciddi islahatların aparılması ön plana çıxır.
A.Əlizadə əlavə edib ki, müasir dövrün tələblərinə əsasən, elm-biznes əməkdaşlığının qurulması bu prosesdə ən vacib məqamlardan biridir.

Tehsil-press.az

Oxşar xəbərlər