Azərbaycanda 31 oktyabr - 5 noyabr tarixlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Tehsil-press.az-a verilən məlumata görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın Direktorlar Şurasının iclasında bildirib.
A.Əlizadə qeyd edib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Festivalın əhəmiyyətindən danışan A.Əlizadə onun ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacağını bildirib:
“Elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. Hazırda həm paytaxtımızda, həm də regionlarda festivalın yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülür. AMEA-nın institutları festivala tam dəstək verməli, elmi mühazirələrin hazırlanmasını sürətləndirməlidirlər. Şübhəm yoxdur ki, bu festival böyük uğur qazanacaq. I Elm Festivalında 15 mindən artıq insan iştirak edib və bu, böyük göstəricidir. Bu il festivalda iştirak edəcək insanların sayının 50 minə çatacağı gözlənilir”.
A.Əlizadə AMEA-nın magistraturasına növbəti tədris ili üçün qəbul planı haqqında danışaraq Akademiyada magistratura təhsilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib:
“AMEA-da magistraturaya qəbulun aparılması elmin gələcək inkişafı üçün çox mühüm və vacib addımdır. Cari il Akademiyanın magistraturasına qəbulun nəticələri yüksək olub. İnstitutlarda magistrantlar üçün yaradılmış hazırki şərait mütəmadi olaraq təkmilləşdirilməlidir”. AMEA-nın magistraturasına qəbul planının layihəsinin bir daha müzakirə olunması və qısa müddətdə Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
Tehsil-press.az